Surə 42 · Cüz 25
Ash-Shura · 42:5
تَكَادُ السَّمَاوَاتُ يَتَفَطَّرْنَ مِنْ فَوْقِهِنَّ ۚ وَالْمَلَائِكَةُ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَيَسْتَغْفِرُونَ لِمَنْ فِي الْأَرْضِ ۗ أَلَا إِنَّ اللَّهَ هُوَ الْغَفُورُ الرَّحِيمُ
5. Sanki göylərin bir-birinin üstündən çatlayıb yarılmasına az qalır. Mələklər də Rəbbinə həmd ilə təriflər deyir və yerdəkilər üçün bağışlanma diləyirlər. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.
Təfsir
Göylərin əzəmətli və uca olmasına rəğmən, pak və müqəddəs Allahın əzəmətinə dözməyib, az qala yerlərin üzərində çatlayıb yarılsın. Mələklər də Rəbbini bütün nöqsanlardan uzaq tutur və müti olaraq ehtiram göstərərək Ona həmd edir, Onu uca tutur, üstəlik, Allahdan yerdəkilər üçün bağışlanma diləyirlər. Həqiqətən, Allah Öz qullarından tövbə edən kimsələri bağışlayar və onlara rəhm edər.