Surə 42 · Cüz 25
Ash-Shura · 42:34
أَوْ يُوبِقْهُنَّ بِمَا كَسَبُوا وَيَعْفُ عَنْ كَثِيرٍ
34. Yaxud, gəmidəkilərin qazandıqları günahları ucbatından, onları məhv edər və ya bir çoxunu bağışlayar.
Təfsir
Yaxud, əgər pak və müqəddəs Allah, o gəmidəki insanların qazandıqları günahlardan dolayı qasırğa göndərib onları məhv etmək istəsə, onları məhv edər. Lakin O, Öz qullarının günahlarından çoxunu bağışlayır, o günahlara görə onları cəzalandırmır.