Surə 42 · Cüz 25

Ash-Shura · 42:33

إِنْ يَشَأْ يُسْكِنِ الرِّيحَ فَيَظْلَلْنَ رَوَاكِدَ عَلَىٰ ظَهْرِهِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِكُلِّ صَبَّارٍ شَكُورٍ

33. Əgər Allah istəsə, küləyi sakit­ləş­dirər, onlar da suyun üzün­də hərə­kət­siz qalarlar. Hə­qiqətən, bunda səbirli olan və şükür edən hər bir kəs üçün ibrətlər vardır.

Təfsir

Əgər Allah gəmiləri aparan küləyi sakit­ləş­dirmək istəsə, onu sakitləşdirər, onlar da, dənizdə hərə­kət­siz qalarlar. Həqiqətən, gəmilərin qayırılmasında və küləklərin ram edilməsində, bəlalara və sınaqlara səbir edən və Allahın nemətlərinə şükür edən hər kəs üçün Allahın qüdrətini sübut edən aydın dəlillər vardır.

Oxuyucuda aç - Surəni tam oxu