Surə 40 · Cüz 24
Ghafir · 40:81
وَيُرِيكُمْ آيَاتِهِ فَأَيَّ آيَاتِ اللَّهِ تُنْكِرُونَ
81. Allah sizə Öz möcüzələrini göstərir. Allahın hansı dəlillərini inkar edə bilərsiniz?
Təfsir
Pak və müqəddəs Allah sizə Öz qüdrətinə və vəhdaniyyətinə dəlalət edən ayələrindən bəzsini göstərir. Hər hansı bir ayənin Allahın ayəsi olduğunu bildikdən sonra, Onun ayələrinin hansını qəbul etmirsiniz?!