Surə 40 · Cüz 24
Ghafir · 40:80
وَلَكُمْ فِيهَا مَنَافِعُ وَلِتَبْلُغُوا عَلَيْهَا حَاجَةً فِي صُدُورِكُمْ وَعَلَيْهَا وَعَلَى الْفُلْكِ تُحْمَلُونَ
80. Siz onlardan başqa mənfəətlər də əldə edirsiniz. Siz onları minərək ürəyinizdən keçən yerlərə gedib çatırsınız. Siz həm onların üstündə, həm də gəmilərdə daşınırsınız.
Təfsir
Sizin üçün bu məxluqatda, hər zamanda yenilənən neçə-neçə başqa mənfəətlər də vardır. Siz onları minərək gedib ürəyinizdən keçən ehtiyaclarınızı ödəyirsiniz. Ən gözəçarpanı isə quruda və dənizdə, bir yerdən başqa yerə hərəkət etməkdir.