Surə 40 · Cüz 24

Ghafir · 40:78

وَلَقَدْ أَرْسَلْنَا رُسُلًا مِنْ قَبْلِكَ مِنْهُمْ مَنْ قَصَصْنَا عَلَيْكَ وَمِنْهُمْ مَنْ لَمْ نَقْصُصْ عَلَيْكَ ۗ وَمَا كَانَ لِرَسُولٍ أَنْ يَأْتِيَ بِآيَةٍ إِلَّا بِإِذْنِ اللَّهِ ۚ فَإِذَا جَاءَ أَمْرُ اللَّهِ قُضِيَ بِالْحَقِّ وَخَسِرَ هُنَالِكَ الْمُبْطِلُونَ

78. Biz səndən əvvəl də el­çi­lər gön­dər­mişdik. Onlardan bə­ziləri haq­qında sənə danış­mış, bəziləri haqqında isə da­nış­ma­mışıq. Heç bir elçi Alla­hın izni olmadan hər hansı bir ayə gə­tirə bil­məzdi. Alla­hın əmri gəl­dikdə isə əda­lətlə hökm veri­lər və yalan da­nı­şan­lar orada ziyana uğrayarlar.

Təfsir

Ey Peyğəmbər, Biz səndən əvvəl də ümmətlərə bir çox elçi­lər göndərmişdik. Onlar peyğəmbərləri yalançı saymış və onlara əziyyət vermişdilər, peyğəmbərlər isə onları yalançı saymalarına və onların əziyyətlərinə səbir etmişdilər. Biz o peyğəmbərlərdən bəziləri haq­qında sənə xəbər vermiş, bəziləri haqqında isə xəbər verməmişik. Heç bir elçi pak və müqəddəs Allahın istəyi olmadan öz qövmünə Rəbbindən bir ayə (dəlil) gə­tirə bilməzdi. Odur ki, kafirlərin öz peyğəmbərlərindən ümmətlərinə ayə gətirmələrini tələb etməsi zülm sayılır. Alla­hın zəfər xüsusunda olan əmri və ya peyğəmbərlərlə onların qövmləri arasında veriləcək hökm vaxtı gəldikdə, əda­lətlə hökm veri­lər, sonra da, kafirlər həlak olar, peyğəmbərlər isə nicat taparlar. Beləliklə, insanlar arasında ədalətlə hökm veriləcək o məqamda, batil əhli öz küfrlərindən dolayı özlərini məhvə sürükləməklə ziyana uğrayacaqlar.

Oxuyucuda aç - Surəni tam oxu