Surə 40 · Cüz 24
Ghafir · 40:77
فَاصْبِرْ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ ۚ فَإِمَّا نُرِيَنَّكَ بَعْضَ الَّذِي نَعِدُهُمْ أَوْ نَتَوَفَّيَنَّكَ فَإِلَيْنَا يُرْجَعُونَ
77. Səbir et! Həqiqətən, Allahın vədi haqdır. Ya onlara vəd etdiyimizin bir qismini sənə göstərəcək, ya da daha öncə sənin canını alacağıq. Onlar axırda Bizə qaytarılacaqlar.
Təfsir
Ey Peyğəmbər, qövmünün sənə verdiyi əziyyətə və səni yalançı saymasına səbir et! Allahın sənə zəfər bəxş edəcəyi barədə vədi haqdır, bunda heç bir şübhə yoxdur. Biz ya onlara vəd etdiyimiz əzabın bir qismini sənə bu dünya həyatda göstərəcək, necə ki, Bədr döyüşündə göstərdik, ya da bundan qabaq sənin həyatını sona çatdıracağıq. Qiyamət günü onlar yalnız Bizim hüzurumuza qayıdacaq, Biz də onlara əməllərinin əvəzini verəcək və onları içində əbədi qalacaqları Cəhənnəm oduna vasil edəcəyik.