Surə 40 · Cüz 24

Ghafir · 40:26

وَقَالَ فِرْعَوْنُ ذَرُونِي أَقْتُلْ مُوسَىٰ وَلْيَدْعُ رَبَّهُ ۖ إِنِّي أَخَافُ أَنْ يُبَدِّلَ دِينَكُمْ أَوْ أَنْ يُظْهِرَ فِي الْأَرْضِ الْفَسَادَ

26. Firon dedi: “Buraxın mə­ni Mu­sa­nı öldürüm! Qoy o da Rəb­bi­nə yalvarsın. Çünki mən onun sizin dininizi dəyiş­di­rə­cə­yindən, ya­xud yer üzün­də fə­sad tö­rədəcəyindən qor­xuram”.

Təfsir

Firon dedi: “Buraxın mə­ni Mu­sa­ya cəza olaraq onu öldürüm! Qoy o da canını məndən qurtarmaq üçün Rəbbinə dua etsin. Onun Rəb­bi­nə dua etməsi mənim üçün önəmli deyil. Mən onun sizin etiqad etdiyiniz dini dəyiş­di­rə­cə­yindən, ya­xud yer üzündə insanları öldürmək və yurdları viran qoymaqla fəsad törədəcəyindən qor­xuram”.

Oxuyucuda aç - Surəni tam oxu