Surə 40 · Cüz 24
Ghafir · 40:25
فَلَمَّا جَاءَهُمْ بِالْحَقِّ مِنْ عِنْدِنَا قَالُوا اقْتُلُوا أَبْنَاءَ الَّذِينَ آمَنُوا مَعَهُ وَاسْتَحْيُوا نِسَاءَهُمْ ۚ وَمَا كَيْدُ الْكَافِرِينَ إِلَّا فِي ضَلَالٍ
25. Musa onlara Bizim dərgahımızdan həqiqəti bəyan etdikdə onlar dedilər: “Onunla birlikdə iman gətirənlərin oğullarını öldürün, qadınlarını isə sağ buraxın!” Amma bilin ki, kafirlərin hiyləsi boşa çıxar.
Təfsir
Musa onlara özünün doğru danışdığını təsdiq edən dəlillər gətirdikdə, Firon dedi: “Onları alçaltmaq üçün, onunla birlikdə iman gətirənlərin oğullarını öldürün, qadınlarını isə sağ buraxın!” Möminlərin sayını azaltmaq üçün kafirlərin qurduqları hiylələr boşa çıxar və bu hiylələrin heç bir təsiri olmaz.