Surə 40 · Cüz 24
Ghafir · 40:16
يَوْمَ هُمْ بَارِزُونَ ۖ لَا يَخْفَىٰ عَلَى اللَّهِ مِنْهُمْ شَيْءٌ ۚ لِمَنِ الْمُلْكُ الْيَوْمَ ۖ لِلَّهِ الْوَاحِدِ الْقَهَّارِ
16. O gün insanlar yer üzünə çıxacaq və onların heç bir şeyi Allahdan gizli qalmayacaqdır. Allah deyəcək: “Bu gün hökm kimə məxsusdur? Tək olan, hər şeyə Qalib Gələn Allaha!”
Təfsir
O gün insanlar (qəbirlərindən) çıxıb bir yerə toplanacaq və barələrində heç bir şey - nə özləri, nə əməlləri, nə də ki əməllərinin əvəzi xüsusunda heç bir şey Allahdan gizli qalmayacaq. Sonra soruşulacaq: “Bu gün səltənət kimə məxsusdur?" Həmin vaxt yalnız bir cavab olacaq: "Səltənət Öz zatında, sifətlərində və işlərində vahid olan, hər şeyi Öz hökmünə tabe edən, hər kəsin boyun əydiyi Allaha məxsusdur!”