Surə 40 · Cüz 24
Ghafir · 40:15
رَفِيعُ الدَّرَجَاتِ ذُو الْعَرْشِ يُلْقِي الرُّوحَ مِنْ أَمْرِهِ عَلَىٰ مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ لِيُنْذِرَ يَوْمَ التَّلَاقِ
15. Ən yüksək dərəcələrin və Ərşin sahibi Odur. O Öz əmri ilə vəhyi qullarından istədiyinə nazil edir ki, o, insanları görüş günü ilə qorxutsun.
Təfsir
Yalnız Allah, ixlasla dua və ibadət olunmağa haqqı olandır. O, məxluqatın hamısından uca olan ən yüksək dərəcələr sahibi və əzəmətli Ərşin Rəbbidir. O, qullarından dilədiyi kimsələrə vəhy nazil edir ki, onlar onun sayəsində həm özləri yaşasınlar, həm də baqşalarını yaşatsınlar, üstəlik də, insanları, əvvəlkilərin və sonrakıların görüşəcəyi qiyamət günü ilə qorxutsunlar.