Surə 4 · Cüz 5
An-Nisa · 4:98
إِلَّا الْمُسْتَضْعَفِينَ مِنَ الرِّجَالِ وَالنِّسَاءِ وَالْوِلْدَانِ لَا يَسْتَطِيعُونَ حِيلَةً وَلَا يَهْتَدُونَ سَبِيلًا
98. Yalnız zülmə qarşı çarə qılmağa qadir olmayan və yol tapa bilməyən zəif kişilər, qadınlar və uşaqlar istisnadır.
Təfsir
98 - 99. Bu əzabdan yalnız, özlərini zülmdən və haqsızlıqdan müdafiə etməyə qadir olmayan və öz canlarını haqsızlıqdan qutarmaq üçün yol tapa bilməyən və üzürlü səbəbdən hicrət edə bilməyən zəif kişilər, qadınlar və uşaqlar istisnadır. Ola bilsin ki, Allah Öz rəhməti və lütfü ilə onları əfv etsin. Şübhəsiz ki, Allah qullarını əfv edəndir, onlardan tövbə edəni isə bağışlayandır.