Surə 4 · Cüz 5
An-Nisa · 4:97
إِنَّ الَّذِينَ تَوَفَّاهُمُ الْمَلَائِكَةُ ظَالِمِي أَنْفُسِهِمْ قَالُوا فِيمَ كُنْتُمْ ۖ قَالُوا كُنَّا مُسْتَضْعَفِينَ فِي الْأَرْضِ ۚ قَالُوا أَلَمْ تَكُنْ أَرْضُ اللَّهِ وَاسِعَةً فَتُهَاجِرُوا فِيهَا ۚ فَأُولَٰئِكَ مَأْوَاهُمْ جَهَنَّمُ ۖ وَسَاءَتْ مَصِيرًا
97. Mələklər özlərinə zülm edənlərin canlarını alarkən onlara: “Siz nə halda idiniz?”– deyəcəklər. Onlar: “Biz yer üzündə zəif insanlar idik!”– deyə cavab verəcəklər. Mələklər də onlara: “Məgər Allahın yeri o qədər geniş deyildimi ki, siz də orada hicrət edəydiniz?”– deyəcəklər. Onların gedəcəkləri yer Cəhənnəmdir. Ora nə pis dönüş yeridir.
Təfsir
Mələklər, küfr diyarından İslam diyarına hicrət etməyi tərk edərək özlərinə zülm edənlərin canını alarkən onları qınayaraq: "Siz nə halda idiniz, müşriklər ilə sizin aranızda nə fərq oldu?"– deyəcəklər. Onlar üzrxahlıq edərək: "Biz yer üzündə özümüzü müdafiə etməyə güc qüvvəmiz olmayan zəif insanlar idik!"– deyə cavab verəcəklər. Mələklər də onlara məzəmmət edilərək: "Məgər Allahın yeri geniş deyildimi ki, zülümdən və zəlillikdən canınızı və dininizi qurtarmaq üçün siz də ora hicrət edəydiniz?"– deyəcəklər. Hicrət etməyən kimsələrin qərar tutub, sığınacaqları yer Oddur. Ora necə də pis qayıdış və siğınacaq yerdir.