Surə 4 · Cüz 5
An-Nisa · 4:95
لَا يَسْتَوِي الْقَاعِدُونَ مِنَ الْمُؤْمِنِينَ غَيْرُ أُولِي الضَّرَرِ وَالْمُجَاهِدُونَ فِي سَبِيلِ اللَّهِ بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ ۚ فَضَّلَ اللَّهُ الْمُجَاهِدِينَ بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ عَلَى الْقَاعِدِينَ دَرَجَةً ۚ وَكُلًّا وَعَدَ اللَّهُ الْحُسْنَىٰ ۚ وَفَضَّلَ اللَّهُ الْمُجَاهِدِينَ عَلَى الْقَاعِدِينَ أَجْرًا عَظِيمًا
95. Möminlərdən, – üzrlü olanlar müstəsna olmaqla, – evdə oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar. Allah öz malları və canları ilə cihad edənləri evdə oturanlardan dərəcə etibarilə üstün etmişdir. Allah onların hamısına ən gözəl olanı (Cənnəti) vəd etmişdir. Allah mücahidləri evdə oturanlardan böyük bir mükafatla üstün etmişdir.
Təfsir
Möminlərdən, xəstələr, korlar və s. bu kimi üzrlü olanlar müstəsna olmaqla, Allah yolunda cihad etməyib evində oturan möminlərlə Allah yolunda öz mallarını və canlarını sərf edrək cihad edən mücahidlər eyni olmazlar. Allah, öz mallarını və canlarını sərf edrək cihad edənləri evində oturub cihada getməyənlərdən dərəcə etibarilə üstün etmişdir. Cihada gedənlərində üzürlü səbəbdən cihada gedə bilməyib evində oturanlarada hər birinin əməlinə layiq əcri vardır. Allah mücahidləri evdə oturanlardan Öz tərəfindən böyük bir savab bəxş etməklə üstün etmişdir.