Surə 4 · Cüz 5
An-Nisa · 4:94
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا ضَرَبْتُمْ فِي سَبِيلِ اللَّهِ فَتَبَيَّنُوا وَلَا تَقُولُوا لِمَنْ أَلْقَىٰ إِلَيْكُمُ السَّلَامَ لَسْتَ مُؤْمِنًا تَبْتَغُونَ عَرَضَ الْحَيَاةِ الدُّنْيَا فَعِنْدَ اللَّهِ مَغَانِمُ كَثِيرَةٌ ۚ كَذَٰلِكَ كُنْتُمْ مِنْ قَبْلُ فَمَنَّ اللَّهُ عَلَيْكُمْ فَتَبَيَّنُوا ۚ إِنَّ اللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا
94. Ey iman gətirənlər! Allah yolunda cihada çıxdığınız zaman kimə qarşı vuruşacağınızı müəyyən edin və sizə salam verən şəxsə, dünya həyatının fani mənfəətinə can ataraq: “Sən mömin deyilsən!”– deməyin. Allah yanında çox qənimətlər vardır. Əvvəllər siz də belə idiniz, Allah sizə mərhəmət göstərdi. Elə isə kimə qarşı vuruşacağınızı müəyyən edin! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır.
Təfsir
Ey Allaha iman gətirib Onun rəsuluna - səllallahu aleyhi və səlləm - tabe olan kimsələr! Allah yolunda cihad etmək üçün çıxdığınız zaman kimə qarşı döyüşəcəyinizi diqqət edin və sizə özünün İslamda olduğuna dəlalət edən əlamət göstərdiyi bir halda, onu öldürüb və bununla ondan qənimət əldə etmək kimi, fani dünya mənfəətinə can ataraq: "Sən mömin deyilsən, sən yalnız canına və malına görə qorxaraq özünü İslamda olduğunu göstərirsən!"– deməyin. Allah yanında çox qənimətlər vardır, bu, ondan daha xeyirli və daha böyükdür. Əvvəllər siz də öz qövmündən imanını gizlədən kimsə kimi idiniz, Allah sizə İslam dini ilə mərhəmət göstərdi və qanınızı qorudu. Odur ki, kimə qarşı vuruşacağınıza diqqət edin! Şübhəsiz ki, etdiyiniz əməllərdən, hətta kiçik bir şey də olsa belə, Allaha heç nə gizli qalmaz və O, əməllərinizin müqabilini sizə verəcəkdir.