Surə 4 · Cüz 5
An-Nisa · 4:76
الَّذِينَ آمَنُوا يُقَاتِلُونَ فِي سَبِيلِ اللَّهِ ۖ وَالَّذِينَ كَفَرُوا يُقَاتِلُونَ فِي سَبِيلِ الطَّاغُوتِ فَقَاتِلُوا أَوْلِيَاءَ الشَّيْطَانِ ۖ إِنَّ كَيْدَ الشَّيْطَانِ كَانَ ضَعِيفًا
76. İman gətirənlər Allah yolunda, kafir olanlar isə tağut yolunda vuruşurlar. Elə isə şeytanın dostları ilə vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir.
Təfsir
Sadiq mömünlər Allah kəlməsini uca tutmaq üçün Allah yolunda, kafirlər isə öz ilahları yolunda döyüşürlər. Elə isə siz şeytanın köməkçiləri ilə döyüşün! Əgər siz onlarla döyüşsəniz, onları məğlub edəcəksiniz. Çünki şeytanın hiyləsi zəifdir, onun hiyləsi Uca Allaha təvəkkül edənlərə zərər yetirə bilməz.