Surə 4 · Cüz 5
An-Nisa · 4:75
وَمَا لَكُمْ لَا تُقَاتِلُونَ فِي سَبِيلِ اللَّهِ وَالْمُسْتَضْعَفِينَ مِنَ الرِّجَالِ وَالنِّسَاءِ وَالْوِلْدَانِ الَّذِينَ يَقُولُونَ رَبَّنَا أَخْرِجْنَا مِنْ هَٰذِهِ الْقَرْيَةِ الظَّالِمِ أَهْلُهَا وَاجْعَلْ لَنَا مِنْ لَدُنْكَ وَلِيًّا وَاجْعَلْ لَنَا مِنْ لَدُنْكَ نَصِيرًا
75. Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi yolla, bizə Öz tərəfindən bir yardımçı göndər!”– deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?!
Təfsir
Ey Möminlər! Sizə, Allah kəlməsini uca tutmaq üçün Allah yolunda və Allaha: "Ey Rəbbimiz! Bizi əhalisi Allaha şərik qoşan və Allahın qullarına qarşı həddi aşaraq zülüm edən Məkkədən çıxart, bizə Öz tərəfindən bizi qoruyan, qayğımıza qalan bir himayəçi və bizi zərərdən müdafiə edəb bir yardımçı göndər!"– dua deyərək deyən zəif kişiləri, qadınları və uşaqları xilas ermək üçün cihad etməkdən mane olan nədir?!