Surə 4 · Cüz 4
An-Nisa · 4:7
لِلرِّجَالِ نَصِيبٌ مِمَّا تَرَكَ الْوَالِدَانِ وَالْأَقْرَبُونَ وَلِلنِّسَاءِ نَصِيبٌ مِمَّا تَرَكَ الْوَالِدَانِ وَالْأَقْرَبُونَ مِمَّا قَلَّ مِنْهُ أَوْ كَثُرَ ۚ نَصِيبًا مَفْرُوضًا
7. Valideynlərin və yaxın qohumların qoyub getdikləri maldan kişilərə pay vardır; valideynlərin və yaxın qohumların qoyub getdikləri maldan qadınlara da pay vardır. Bu malın istər azından, istər çoxundan müəyyən bir pay ayrılmışdır.
Təfsir
Ata, ana, qardaş və əmilər kimi yaxın qohumların qoyub getdikləri malın az və ya çox olmasından aslı olmayaraq kişilərə pay vardır, cahiliyyə dövründə qadın və uşaqları mirasdan məhrum etdiklərinin əksi olaraq bu kimsələrin qoyub getdikləri maldan qadınlara da pay vardır. Bu pay, Uca Allah tərəfindən miqdarı bəyan edilmiş vacib bir haqqdır.