Surə 4 · Cüz 4

An-Nisa · 4:6

وَابْتَلُوا الْيَتَامَىٰ حَتَّىٰ إِذَا بَلَغُوا النِّكَاحَ فَإِنْ آنَسْتُمْ مِنْهُمْ رُشْدًا فَادْفَعُوا إِلَيْهِمْ أَمْوَالَهُمْ ۖ وَلَا تَأْكُلُوهَا إِسْرَافًا وَبِدَارًا أَنْ يَكْبَرُوا ۚ وَمَنْ كَانَ غَنِيًّا فَلْيَسْتَعْفِفْ ۖ وَمَنْ كَانَ فَقِيرًا فَلْيَأْكُلْ بِالْمَعْرُوفِ ۚ فَإِذَا دَفَعْتُمْ إِلَيْهِمْ أَمْوَالَهُمْ فَأَشْهِدُوا عَلَيْهِمْ ۚ وَكَفَىٰ بِاللَّهِ حَسِيبًا

6. Yetimləri nikah yaşına çatanadək sınayın. Əgər onların ağla dolduq­la­rını görsəniz, malları­nı öz­lə­ri­nə qay­ta­rın. Böyü­yüb mal­la­rı­nı geri alacaqlar deyə, o malları is­raf­çı­lıqla, tələm-tələsik ye­mə­yin. Varlı olan qəyyum nəfsini saxlasın, yox­sul isə o maldan eh­ti­yacı ol­du­ğu qədər yesin. Yetim­lə­rin malla­rı­nı özlə­ri­nə qay­tar­dığı­nız zaman yanlarında şahid tutun. Haqq-hesab çək­­məyə Allah ye­tər.

Təfsir

Ey himayəçilik edən kimsələr! Yetimləri yetkinlik yaşına çatana qədə xərcləmələri üçün mallarından müəyyən miqdar özlərinə verib onları sınayın. Əgər mallarından düzgün istifadə etdiklərini və onların ağla dolduq­la­rını görsəniz, malları­nı öz­lə­ri­nə naqis edilmədən kamil olaraq qay­ta­rın. Ehtiyac üzündən o malları Allahın sizə izin verdiyi həddi aşaraq yeməyin. Onlar böyüyüb mallarını alacaqlar deyə o malı yeməyə tələsməyin. Sizdən ehtiyacını ödəyəcək qədər mal-dövlətə sahib olan kimsə nəfsini yetim malına toxunmaqdan saxlasın, mal-dövlətə sahib olmayan yox­sul isə o maldan eh­ti­yacı ol­du­ğu qədər yesin. Yetim­lə­r həddi-büluğa çatıb, mallarından düzgün istifadə etdikləri sizə bəlli olduqdan sonra malla­rı­nı özlə­ri­nə qay­tar­dığı­nız zaman haqqların qorunması və gələcəkdə mübahisəyə yol verilməsi üçün yanlarında şahid tutun. Allah buna şahid olaraq və qulları əməllərinə görə haqq-hesab çək­­məyə ye­tər.

Oxuyucuda aç - Surəni tam oxu