Surə 4 · Cüz 5

An-Nisa · 4:49

أَلَمْ تَرَ إِلَى الَّذِينَ يُزَكُّونَ أَنْفُسَهُمْ ۚ بَلِ اللَّهُ يُزَكِّي مَنْ يَشَاءُ وَلَا يُظْلَمُونَ فَتِيلًا

49. Özlərini təmizə çıxaranları gör­mür­sənmi? Xeyr, Allah istə­di­yini təmizə çıxardar və on­lara xurma çər­də­yindəki lif qədər haq­­sız­lıq edil­məz.

Təfsir

Ey Peyğəmbər! Özlərini və əməllərini təmizə çıxarıb, özlərini tərif edənləri görmürsənmi?! Xeyr! Tək Allahdır qullarından istə­di­yini təmizə çıxaran, tərifləyən. Çünki qəlblərdə qizli qalanı bilən Odur. On­lara xurma çər­də­yindəki lif qədər də olsa belə əməllərinin savabları naqis edilərək haq­­sız­lıq edil­məz.

Oxuyucuda aç - Surəni tam oxu