Surə 4 · Cüz 5
An-Nisa · 4:48
إِنَّ اللَّهَ لَا يَغْفِرُ أَنْ يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَنْ يَشَاءُ ۚ وَمَنْ يُشْرِكْ بِاللَّهِ فَقَدِ افْتَرَىٰ إِثْمًا عَظِيمًا
48. Allah Özünə şərik qoşulmasını əsla bağışlamaz, bundan başqa olan günahları isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs böyük bir günah etməklə iftira atmış olur.
Təfsir
Allah hansısa bir məxluqu Özünə şərik qoşulmasını əsla bağışlamaz, şirk və küfürdən başqa olan günahları isə Öz lütfü ilə istədiyi kimsəyə bağışlayar yaxud ədaləti ilə istədiyi kimsəyə etdiyi günahı qədər əzab verər. Allahla yanaşı Allaha şərik qoşan kəs böyük bir günah etməklə iftira atmış olur və kim bu halda ölərsə, bağışlanmaz.