Surə 4 · Cüz 5
An-Nisa · 4:35
وَإِنْ خِفْتُمْ شِقَاقَ بَيْنِهِمَا فَابْعَثُوا حَكَمًا مِنْ أَهْلِهِ وَحَكَمًا مِنْ أَهْلِهَا إِنْ يُرِيدَا إِصْلَاحًا يُوَفِّقِ اللَّهُ بَيْنَهُمَا ۗ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا خَبِيرًا
35. Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, onda kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin. Əgər bunlar islah etmək istəsələr, Allah da onları barışdırar. Həqiqətən, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır.
Təfsir
Ey ər-arvadın yaxınları! Əgər ər-arvad arasında olan ixtilafın düşmənçiliyə və bir-birinə arxa çevirməyə gətirib çıxaracağından qorxsanız, bu zaman onların arasını ya ayırmaq, ya da ki barışdırmaqın hansının daha xeyirli olduğunu hökm vermək üçün, kişinin ailəsindən adil bir hakim və qadının ailəsindən adil bir hakim göndərin. Əgər hakimlər gözəl bir tərzdə, ər-arvadın arasını islah etmək istəsələr, Allah da onların arasını barışdırar və ixtilafı onlardan qaldırar. Həqiqətən, Allaha, qullarından heç bir şey gizli qalmaz və O, insanların qəblərində gizli saxladıqları incəlikləri biləndir.