Surə 4 · Cüz 5
An-Nisa · 4:34
الرِّجَالُ قَوَّامُونَ عَلَى النِّسَاءِ بِمَا فَضَّلَ اللَّهُ بَعْضَهُمْ عَلَىٰ بَعْضٍ وَبِمَا أَنْفَقُوا مِنْ أَمْوَالِهِمْ ۚ فَالصَّالِحَاتُ قَانِتَاتٌ حَافِظَاتٌ لِلْغَيْبِ بِمَا حَفِظَ اللَّهُ ۚ وَاللَّاتِي تَخَافُونَ نُشُوزَهُنَّ فَعِظُوهُنَّ وَاهْجُرُوهُنَّ فِي الْمَضَاجِعِ وَاضْرِبُوهُنَّ ۖ فَإِنْ أَطَعْنَكُمْ فَلَا تَبْغُوا عَلَيْهِنَّ سَبِيلًا ۗ إِنَّ اللَّهَ كَانَ عَلِيًّا كَبِيرًا
34. Allahın insanlardan birini digərindən üstün etdiyinə və öz mallarından xərclədiklərinə görə, kişilər qadınlar üzərində ixtiyar sahibidirlər. Əməlisaleh qadınlar itaətkar olub qorunması lazım gələn şeyləri Allahın himayəsi sayəsində qoruyanlardır. Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, bunun faydası olmadığı təqdirdə, yataqda onları tərk edin, bu da fayda verməzsə, onları döyün! Əgər sizə itaət etsələr, onlara əziyyət vermək üçün başqa yol axtarmayın. Həqiqətən, Allah ucadır, böyükdür.
Təfsir
Kişilər qadınlara hamilik edib, onlarnı ehtiyaclarını ödəyirlər. Bu, Allahın kişiləri qadınlardan üstün etməsi, kişilərə qadınlar üçün öz mallarından xərcləməyin vacib olması və kişilərin qadınlara himayəçilik etməsi səbəbindəndir. Əməlisaleh qadınlar həm Rəbbinə həm də ərlərinə itaət edərlər və ərləri onlardan uzaqda olduqda onların qorunması lazım gələn şeyləri Allahın himayəsi sayəsində qoruyanlardır. Ey kişilər! Sözdə və əməldə ərlərinə asilik etmələrindən qorxduğunuz qadınlara Allahı xatırlataraq, Ondan qorxmağı nəsihət edin. Bunun faydası olmadığı təqdirdə, onlarla əlaqədə olmağı tərk edərək arxanızı onlara təfəf çevirib onlardan yatağınızı ayırın, bu da fayda verməzsə, onları yüngülvari vurun! Əgər sizə itaət etsələr, onlara zülm edib, əziyyət verərək başqa yollara əl atmayın. Həqiqətən, Allah hər bir şeydən ucadır, O, zatında və sifətlərində böyükdür. Elə isə siz Ondan qorxun.