Surə 4 · Cüz 5

An-Nisa · 4:25

وَمَنْ لَمْ يَسْتَطِعْ مِنْكُمْ طَوْلًا أَنْ يَنْكِحَ الْمُحْصَنَاتِ الْمُؤْمِنَاتِ فَمِنْ مَا مَلَكَتْ أَيْمَانُكُمْ مِنْ فَتَيَاتِكُمُ الْمُؤْمِنَاتِ ۚ وَاللَّهُ أَعْلَمُ بِإِيمَانِكُمْ ۚ بَعْضُكُمْ مِنْ بَعْضٍ ۚ فَانْكِحُوهُنَّ بِإِذْنِ أَهْلِهِنَّ وَآتُوهُنَّ أُجُورَهُنَّ بِالْمَعْرُوفِ مُحْصَنَاتٍ غَيْرَ مُسَافِحَاتٍ وَلَا مُتَّخِذَاتِ أَخْدَانٍ ۚ فَإِذَا أُحْصِنَّ فَإِنْ أَتَيْنَ بِفَاحِشَةٍ فَعَلَيْهِنَّ نِصْفُ مَا عَلَى الْمُحْصَنَاتِ مِنَ الْعَذَابِ ۚ ذَٰلِكَ لِمَنْ خَشِيَ الْعَنَتَ مِنْكُمْ ۚ وَأَنْ تَصْبِرُوا خَيْرٌ لَكُمْ ۗ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ

25. Sizlərdən azad mömin qadınlarla evlənməyə imkanı olma­yan kimsə əllərinizin altında olan mö­min cariyələrdən alsın. Allah sizin ima­nınıza daha yaxşı bə­ləddir. Hamınız eyni kökdənsiniz. Elə isə na­musunu qo­ru­yan, zinakarlıq et­məyən və aşna saxlama­yan cariyələrlə sa­hib­lərinin icazəsi ilə ev­lənin və mehr­lə­ri­ni şəriətə mü­vafiq qayda­da verin. Əgər ərə get­dik­dən sonra zina et­sə­lər, onlara, azad qadın­lara ve­ri­lən cəzanın ya­rısı tətbiq edilər. Cariyə­lərlə evlənmək izni, günaha batmaqdan qor­xanları­nız üçündür. Əgər sə­bir etsəniz, bu si­zin üçün daha yaxşı olar. Allah bağış­la­yandır, rəhmlidir.

Təfsir

Ey kişilər! Sizlərdən kim maddi imkanı olmadığına görə azad qadınlarla evlənə bilmirsə, o zaman, ona başqasının sahib olduğu cariyələr ilə evlənməsi caizdir. Əgər onlar mömindirlərsə, onlar ilə imanlarına görə evlənin. Allah imanınızın həqiqətini və qəlblərinizdə qizli qalanı daha yaxşı bilir. Siz və onlar dində və insanpərvərlikdə eyni dərəcədəsiniz. Bu cariyələrlə evlənməyi özünüzə ar bilməyin. Əgər onlar namusunu qoruyan, aşkarda zinakarlıq etməyən və gizlində onlarla zina etmək üçün aşna saxlamayan qadınlardırsa, onlarla sahiblərinin icazəsi ilə və mehrlərini naqis etmədən yaxud gecikdirmədən verərək evlənin. Əgər ərə getdikdən sonra zina etsələr, onlara, azad qadınlara verilən cəzanın yarısı tətbiq edilib, əlli qamçı vurulmalıdır. Cariyə zina etdikdə isə daşqalaq edilmir. Azad qadınlarla evlənməyə maddi imkanları olmayan kimsələrə iffətli, mömin cariyələrlə evlənmək icazəsi zinaya düşməkdən qorxanlar üçün bir rüxsətdir. Amma cəmiyyətdə kölə uşqaların artmaması üçün, cariyələrlə evlənməyib, səbirli olmaq daha əfzəldir. Allah, Ona tövbvə edən qullarını bağışlayandır və onlara qarşı rəhmlidir. Azad qadınlarla evlənməyə aciz olduqda, zinaya düşmək təhlükəsi olarsa, cariyələrlə evlənməyə icazə verilməsi Allahın qullarına olan rəhmətindəndir.

Oxuyucuda aç - Surəni tam oxu

An-Nisa 4:25 · Tlawati