Surə 4 · Cüz 5

An-Nisa · 4:24

۞ وَالْمُحْصَنَاتُ مِنَ النِّسَاءِ إِلَّا مَا مَلَكَتْ أَيْمَانُكُمْ ۖ كِتَابَ اللَّهِ عَلَيْكُمْ ۚ وَأُحِلَّ لَكُمْ مَا وَرَاءَ ذَٰلِكُمْ أَنْ تَبْتَغُوا بِأَمْوَالِكُمْ مُحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ ۚ فَمَا اسْتَمْتَعْتُمْ بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةً ۚ وَلَا جُنَاحَ عَلَيْكُمْ فِيمَا تَرَاضَيْتُمْ بِهِ مِنْ بَعْدِ الْفَرِيضَةِ ۚ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا

24. Sahib olduğunuz cariyə­lər istis­na olmaqla, evli qadın­ları al­maq da sizə haram edildi. Allahın sizə buyurduğu hök­mü belə­dir. Bun­lar­dan baş­qası ilə, nikah bağlamaqla, zina­kar­lı­ğa yol ver­mə­dən, malları­nızı sərf edərək (mehrlərini verərək) ev­lənməyiniz si­zə ha­­lal edildi. Evləndiyiniz qadın­lar­dan zövq al­dığınıza görə, on­lara, vacib bu­yu­rul­muş mehr­lə­ri­ni verin. Bu mehr müəy­yən edil­dik­dən sonra öz aranızda ra­zı­laş­dı­ğı­­nız şe­yə görə si­zə heç bir gü­nah olmaz. Həqiqətən, Allah hər şeyi bilən­dir, hikmət sahibidir.

Təfsir

Allah yolunda cihad edərkən əsir götürüb sahib olduğunuz cariyə­lər istis­na olmaqla, evli qadın­larla nikah bağlamaq sizə haram edildi. Sizə, bu cariyələrə, bətlərinin hamiləlikdən təmiz olduğunu bilmək üçün bir heyz müddəti gözlədikdən sonra yaxınlıq etmək halaldır. Allah bu gözləmə müddətini sizə fərz olaraq buyurmuşdur. Allah, bu qadın­lar­dan baş­qası ilə, zina­kar­lı­q etmədən, malları­nızı sərf edərək nəfsinizi haramdan qoruyub halal ilə kifayətlənib ev­lənməyiniz qadınlar si­zə ha­­lal etdi. Nikah bağlayaraq evləndiyiniz qadın­lar­dan zövq al­dığınıza görə, on­lara, Allahın sizə vacib fərz bu­yu­r­muş mehr­lə­ri­ni verin. Bu vacib mehri müəy­yən edil­dik­dən sonra öz aranızda mehrin bir az çox və ya bir az az olması barədə ra­zı­laş­dı­ğı­­nız şe­yə görə si­zə heç bir gü­nah olmaz. Həqiqətən, Allah məxluqtından hər şeyi bilən­dir, Ona heç bir şey qizli qalmaz, işlərində və şəri hökmlərində hikmət sahibidir!

Oxuyucuda aç - Surəni tam oxu