Surə 4 · Cüz 4

An-Nisa · 4:17

إِنَّمَا التَّوْبَةُ عَلَى اللَّهِ لِلَّذِينَ يَعْمَلُونَ السُّوءَ بِجَهَالَةٍ ثُمَّ يَتُوبُونَ مِنْ قَرِيبٍ فَأُولَٰئِكَ يَتُوبُ اللَّهُ عَلَيْهِمْ ۗ وَكَانَ اللَّهُ عَلِيمًا حَكِيمًا

17. Allah ancaq o kəslərin tövbəsi­ni qəbul edər ki, onlar avam­lıqları üzün­dən pis iş gör­dükdən sonra dərhal töv­bə edərlər. Allah onların tövbəsini qəbul edər. Həqiqətən, Allah hər şeyi bilən­dir, hikmət sahibidir.

Təfsir

Allah ancaq o kəslərin tövbəsi­ni qəbul edər ki, onlar cahillik, günahların pis aqibətindən və uğursuzluğundan xəbərsiz olduqlar üzündən itaətsizlik və ya pis iş gör­dükdən - bu, qəsdən və ya xətadan günah edən hər bir insana aiddir - sonra onlara ölüm gəlməzdən əvvəl tövbə edib Rəbbinə qayıdarlar. Allah onların tövbəsini qəbul edər və günahlarını bağışlar. Həqiqətən, Allah qullarının hər bir halından xəbərdardır, insanlar üçün yazdığı qədərində və şəri hökmlərində hikmət sahibidir.

Oxuyucuda aç - Surəni tam oxu