Surə 4 · Cüz 4

An-Nisa · 4:16

وَاللَّذَانِ يَأْتِيَانِهَا مِنْكُمْ فَآذُوهُمَا ۖ فَإِنْ تَابَا وَأَصْلَحَا فَأَعْرِضُوا عَنْهُمَا ۗ إِنَّ اللَّهَ كَانَ تَوَّابًا رَحِيمًا

16. Aranızda belə yaramaz iş tu­tan­la­rın hər ikisinə əziyyət ve­rin. Əgər töv­bə edib əməl­lə­rini is­lah etsələr, onlara əziyyət vermək­dən vaz keçin. Hə­qi­qətən, Allah tövbə­ləri qə­bul edəndir, rəhmli­dir.

Təfsir

Aranızda zina edən kişilərin evli və ya subay olmasından aslı olayaraq onların hər ikisinə əziyyət ve­rin. Onların hər ikisini bu çirkin əməldən çəkindirəcək dərəcədə dil və əl ilə əzab verin. Əgər hər ikisi də tutduqları bu işdən əl çəkib əməl­lə­rini is­lah etsələr, onlara əziyyət vermək­dən vaz keçin. Çünki günahdan tövbə edən günah etməmiş kimidir. Hə­qi­qətən, Allah qullarından tövbə edənin tövbəsini qəbul edəndir və onlara qarşı rəhmli­dir. Zina edən kişi və qadına bu cür əzab vermək İslam dininin ilkin çağlarında idi. Bunda sonra hökm, zina edən subaydırsa yüz qamçı vurub, yaşadığı diyardan bir il müddətində sürgün etmək, əgər evlidirsə, daşqalaq edilərək öldürülməsi hökmü ilə nəsx edildi.

Oxuyucuda aç - Surəni tam oxu