Surə 4 · Cüz 4

An-Nisa · 4:14

وَمَنْ يَعْصِ اللَّهَ وَرَسُولَهُ وَيَتَعَدَّ حُدُودَهُ يُدْخِلْهُ نَارًا خَالِدًا فِيهَا وَلَهُ عَذَابٌ مُهِينٌ

14. Kim Allaha və Onun rəsuluna asi olub Onun hü­dud­la­rını aşarsa, Allah onu içində əbədi qalacağı Cəhənnəm odu­na va­sil edər. Onun üçün al­çaldıcı bir əzab vardır.

Təfsir

Kim Allahın əhkamlarından üz çevirib, onlara əməl etməzsə, yaxud bu əhkamlara şəkk-şübhə edərək Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - asi olub Onun hü­dud­la­rını aşarsa, Allah onu içində əbədi qalacağı Cəhənnəm odu­na daxil edər. Onun üçün orada zəlil edici bir əzab vardır.

Oxuyucuda aç - Surəni tam oxu