Surə 4 · Cüz 4
An-Nisa · 4:13
تِلْكَ حُدُودُ اللَّهِ ۚ وَمَنْ يُطِعِ اللَّهَ وَرَسُولَهُ يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ وَذَٰلِكَ الْفَوْزُ الْعَظِيمُ
13. Bunlar Allahın qoyduğu hüdudlardır. Kim Allaha və Onun rəsuluna itaət edərsə, Allah onu altından çaylar axan, içində əbədi qalacağı cənnətlərə daxil edər. Bu, böyük uğurdur.
Təfsir
Yetimlər və onlardan başqaları baradə deyilən bu əhkamlar Allahın şəriətidir. Allah bu əhkamları qullarının əməl etməsi üçün qanun etmişdir. Kim Allahın əmrlərinə tabe olub, qadağanlardan çəkinməklə Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - itaət edərsə, Allah onu ağacları və qəsrləri altından çaylar axan, heç vaxt yox olmayan, içində əbədi qalacağı Cənnətlərə daxil edər. Bu İlahi mükafat, ona oxşar heç bir uğur olmayan, böyük bir uğurdur.