Surə 4 · Cüz 5
An-Nisa · 4:135
۞ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ بِالْقِسْطِ شُهَدَاءَ لِلَّهِ وَلَوْ عَلَىٰ أَنْفُسِكُمْ أَوِ الْوَالِدَيْنِ وَالْأَقْرَبِينَ ۚ إِنْ يَكُنْ غَنِيًّا أَوْ فَقِيرًا فَاللَّهُ أَوْلَىٰ بِهِمَا ۖ فَلَا تَتَّبِعُوا الْهَوَىٰ أَنْ تَعْدِلُوا ۚ وَإِنْ تَلْوُوا أَوْ تُعْرِضُوا فَإِنَّ اللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا
135. Ey iman gətirənlər! Şahidliyiniz özünüzün, valideynlərinizin, yaxın qohumlarınızın əleyhinə olsa belə, Allah üçün ədaləti qoruyan şahidlər olun. Əleyhinə şahidlik edəcəyiniz kəslər istər varlı, istər kasıb olsun, Allah onların hər ikisinə sizdən daha yaxındır. Nəfsinizin istəyinə uyub ədalətdən sapmayın! Əgər dilinizi əysəniz, yaxud həqiqəti deməkdən boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır.
Təfsir
Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Şahidliyiniz özünüzün, valideynlərinizin, yaxın qohumlarınızın əleyhinə olanı tələb etsə də, hər bir kəsə həqiqətə uyğun olaraq şahidlik edərək və bütün halınızda ədaləti qoruyan şahidlər olun. Kimin zəngin, kiminsə kasıb olması, sizi onun əleyhinə yaxud leyhinə şahidlik etməyə və ya etməməyə sövq etməsin. Allah sizə kasib və zəngin insandan daha yaxındır və onların mənfəətlərini daha yaxşı bilir. Şahidliyiniz də haqqdan meyil etmək üçün nəfsinizin istədiklərinə tabe olmayın! Əgər şahidliyi təhrif edib, həqiqətə uyğun olmadan şahidlik etsəniz, yaxud ümumən şahidlikdən boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır.