Surə 4 · Cüz 5
An-Nisa · 4:134
مَنْ كَانَ يُرِيدُ ثَوَابَ الدُّنْيَا فَعِنْدَ اللَّهِ ثَوَابُ الدُّنْيَا وَالْآخِرَةِ ۚ وَكَانَ اللَّهُ سَمِيعًا بَصِيرًا
134. Kim dünya mükafatını istərsə, bilsin ki, dünyanın da, axirətin də mükafatı Allah yanındadır. Allah eşidəndir, görəndir.
Təfsir
Ey insanlar! Sizdən kim əməli ilə yalnız dünya mükafatını istərsə, qoy o, bilsin ki, həqiqətən, dünyanın da, axirətin də mükafatı Allah yanındadır. Elə isə o, dünya və axirət mükafatını Allahdan diləsin. Allah sizin dediyiniz sözləri eşidəndir, əməllərinizi görəndir və O, əməllərinizin əvəzini sizə verəcəkdir.