Surə 4 · Cüz 5
An-Nisa · 4:124
وَمَنْ يَعْمَلْ مِنَ الصَّالِحَاتِ مِنْ ذَكَرٍ أَوْ أُنْثَىٰ وَهُوَ مُؤْمِنٌ فَأُولَٰئِكَ يَدْخُلُونَ الْجَنَّةَ وَلَا يُظْلَمُونَ نَقِيرًا
124. Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyindəki oyuq qədər haqsızlıq edilməz.
Təfsir
Uca Allaha haqqı ilə iman gətirib saleh işlər görən kişilər və ya qadınlar, məhz onlardır imanla əməli bir araya cəm edib, Cənnətə daxil olan kimsələr. Onların etdikləri əməllərin savabından heç bir şey, hətta xurma çərdəyinin üzərindəki oyuq qədər kiçik bir şeydə olsa belə naqis edilməz.