Surə 4 · Cüz 5
An-Nisa · 4:123
لَيْسَ بِأَمَانِيِّكُمْ وَلَا أَمَانِيِّ أَهْلِ الْكِتَابِ ۗ مَنْ يَعْمَلْ سُوءًا يُجْزَ بِهِ وَلَا يَجِدْ لَهُ مِنْ دُونِ اللَّهِ وَلِيًّا وَلَا نَصِيرًا
123. Bu nemətə nail olmaq nə sizin arzunuzla, nə də Kitab əhlinin arzusu ilədir. Pislik edən kəs, onun cəzasını alacaq və o, Allahdan başqa özünə nə bir dost, nə də bir yardımçı tapacaqdır.
Təfsir
Ey Müsəlmanlar! Nicat tapmaq, uğura nail olmaq nə sizin arzunuzla nə də Kitab əhlinin arzusu ilədir. Əksinə, bu, əmələ bağlı olan bir işdir. Sizdən kim bir pis iş tutarsa, Qiyamət günü onun cəzasını alacaq və o, Allahdan başqa özünə fayda verən nə bir dost, nə də onu zərərdən qoruyan bir yardımçı tapar.