Surə 39 · Cüz 24

Az-Zumar · 39:47

وَلَوْ أَنَّ لِلَّذِينَ ظَلَمُوا مَا فِي الْأَرْضِ جَمِيعًا وَمِثْلَهُ مَعَهُ لَافْتَدَوْا بِهِ مِنْ سُوءِ الْعَذَابِ يَوْمَ الْقِيَامَةِ ۚ وَبَدَا لَهُمْ مِنَ اللَّهِ مَا لَمْ يَكُونُوا يَحْتَسِبُونَ

47. Yer üzündə olanların ha­mısı, üstəlik bir o qədər də əla­və, zalımlara məxsus ol­say­dı, onlar mütləq hamısını Qi­yamət gü­nü­nün dəhşətli əza­bından qurtarmaq üçün fidyə verərdilər. Lakin Allah­dan on­lara güman etmədikləri bir əzab üz verəcəkdir.

Təfsir

Yer üzündə olan daş-qaşlar, sərvətlər və s. bu kimi qiymətli əşyalar, şirk və asilik etməklə özlərinə zülm edən kimsələrin olmuş olsaydı, onlar onu, dirildikdən sonra öz gözləri ilə gördükləri Qiyamət gününün dəhşətli əzabından qurtarmaq üçün fidyə verərdilər. Lakin onlar bunu edə bilməzlər. Hətta onlara fidyə vermək imkanı verilsəydi, o fidyə onlardan qəbul olunmazdı. Allahdan onlara gözləmədikləri müxtəlif növ əzablar veriləcəkdir.

Oxuyucuda aç - Surəni tam oxu