Surə 39 · Cüz 24

Az-Zumar · 39:46

قُلِ اللَّهُمَّ فَاطِرَ السَّمَاوَاتِ وَالْأَرْضِ عَالِمَ الْغَيْبِ وَالشَّهَادَةِ أَنْتَ تَحْكُمُ بَيْنَ عِبَادِكَ فِي مَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ

46. De: “Ey göyləri və yeri Yaradan, qeybi və aşkarı Bilən Alla­hım! Qul­la­rı­nın arasında baş verən ziddiyyətlərlə bağlı hökmü yal­nız Sən ve­rəcəksən!”

Təfsir

Ey Peyğəmbər, de: “Ey göyləri və yeri bənzəri olmayan bir biçimdə xəlq edən, qeybdə və aşkarda olanı bilən Alla­hım! Bunlardan heç bir şey Səndən gizli qalmaz. Dünyada qul­la­rı­nın arasında baş vermiş ziddiyyətlər barədə qiyamət günü hökmü yal­nız Sən ve­rəcək, kimin haqq, kimin batil, habelə, kimin xoşbəxt, kimin də bədbəxt olduğunu Sən bəyan edəcəksən”.

Oxuyucuda aç - Surəni tam oxu