Surə 36 · Cüz 23

Ya-Sin · 36:73

وَلَهُمْ فِيهَا مَنَافِعُ وَمَشَارِبُ ۖ أَفَلَا يَشْكُرُونَ

73. Bunlarda onlar üçün baş­qa mən­fə­ətlər və içiləcək süd də var­. Yenə də şükür etməyə­cəklərmi?

Təfsir

Onlar üçün bu heyvanları minmək və ətindən yemək kimi mənfəətlərdən başqa, yunundan, qılından, tükündən və müqabilində əldə edilmiş puldan istifadə etmək, bu heyvanların tükündən özünüzə isti paltarlar və yumuşaq döşəklər düzəltmək, habelə, südündən içmək ­kimi başqa mənfəətlər də vardır. Bu və digər nemətləri onlara bəxş edən Allaha şükür etməyəcəklərmi?!

Oxuyucuda aç - Surəni tam oxu