Surə 36 · Cüz 23
Ya-Sin · 36:72
وَذَلَّلْنَاهَا لَهُمْ فَمِنْهَا رَكُوبُهُمْ وَمِنْهَا يَأْكُلُونَ
72. Yaratdıqlarımızı öz istifadələrinə verdik ki, bəzilərindən minik kimi yararlansınlar və bəzilərini də yesinlər.
Təfsir
Biz bu heyvanları onlar üçün yaratdıq və onların ixtiyarına verdik. Onların bəzisini minir və bellərində əşyalarını daşıyır, bəzisinin də ətindən yeyirlər.