Surə 36 · Cüz 22
Ya-Sin · 36:27
بِمَا غَفَرَ لِي رَبِّي وَجَعَلَنِي مِنَ الْمُكْرَمِينَ
27. Rəbbim məni bağışladı və məni hörmətli adamlardan etdi”.
Təfsir
O kişi şəhid olduqdan sonra ona sayğı və hörmət olaraq: “Cənnətə daxil ol!”– deyildi. O, Cənnətə daxil olub oradakı nemətləri gördükdən sonra təmənna edərək dedi: “Kaş məni yalançı sayan və məni qətlə yetirən qövmüm biləydi ki, Rəbbim mənim günahlarımı bağışlamış və mənə ehtiram göstərmişdir. Bunu bilsəydilər, onlar da mənim kimi iman gətirər və mənim qazandığım mükafatı qazanardılar.