Surə 36 · Cüz 22
Ya-Sin · 36:26
قِيلَ ادْخُلِ الْجَنَّةَ ۖ قَالَ يَا لَيْتَ قَوْمِي يَعْلَمُونَ
26. Şəhərin sakinləri bu kişini öldürdükdən sonra ona: “Cənnətə daxil ol!”– deyildi. O dedi: “Kaş qövmüm biləydi ki,
Təfsir
O kişi şəhid olduqdan sonra ona sayğı və hörmət olaraq: “Cənnətə daxil ol!”– deyildi. O, Cənnətə daxil olub oradakı nemətləri gördükdən sonra təmənna edərək dedi: “Kaş məni yalançı sayan və məni qətlə yetirən qövmüm biləydi ki, Rəbbim mənim günahlarımı bağışlamış və mənə ehtiram göstərmişdir. Bunu bilsəydilər, onlar da mənim kimi iman gətirər və mənim qazandığım mükafatı qazanardılar.