Surə 36 · Cüz 22
Ya-Sin · 36:11
إِنَّمَا تُنْذِرُ مَنِ اتَّبَعَ الذِّكْرَ وَخَشِيَ الرَّحْمَٰنَ بِالْغَيْبِ ۖ فَبَشِّرْهُ بِمَغْفِرَةٍ وَأَجْرٍ كَرِيمٍ
11. Sən ancaq Zikrə tabe olub Mərhəmətli Allahı görmədən Ondan çəkinən şəxsi qorxuda bilərsən. Beləsini bağışlanma və çox gözəl bir mükafatla müjdələ.
Təfsir
Sənin xəbərdarlığından ancaq bu Quranı təsdiq edib onun tələblərini yerinə yetirən, üstəlik, heç bir kimsənin görmədiyi yerdə, xəlvətdə ikən öz Rəbbindən qorxan kimsə faydalana bilər. Bu xislətləri özündə cəm edən kimsələrə müjdə ver ki, Allah onun günahlarını bağışlamışdır və onları böyük bir mükafat - Cənnət gözləyir.