Surə 36 · Cüz 22
Ya-Sin · 36:10
وَسَوَاءٌ عَلَيْهِمْ أَأَنْذَرْتَهُمْ أَمْ لَمْ تُنْذِرْهُمْ لَا يُؤْمِنُونَ
10. Sən onları qorxutsan da, qorxutmasan da, onlar üçün eynidir, iman gətirməyəcəklər.
Təfsir
Ey Muhəmməd, haqqı qəbul etməyən o inadkar kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, sənin Allahdan gətirdiyinə iman gətirməzlər.