Surə 35 · Cüz 22
Fatir · 35:25
وَإِنْ يُكَذِّبُوكَ فَقَدْ كَذَّبَ الَّذِينَ مِنْ قَبْلِهِمْ جَاءَتْهُمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ وَبِالزُّبُرِ وَبِالْكِتَابِ الْمُنِيرِ
25. Əgər onlar səni yalançı hesab etsələr, bil ki, onlardan əvvəlkilər də elçiləri yalançı hesab etmişdilər. Halbuki elçiləri onlara aydın dəlillər, müqəddəs yazılar və nur saçan kitab gətirmişdilər.
Təfsir
Ey Peyğəmbər, əgər qövmün səni yalançı hesab etsə, səbir et. Sən qövmü tərəfindən yalançı sayılmış ilk peyğəmbər deyilsən. Belə ki, Ad, Səmud və Lut tayfaları kimi keçmiş ümmmətlər özlərinə göndərilmiş elçiləri yalançı hesab etmişdilər. Halbuki elçiləri özlərinin doğru danışdıqlarını isbat etmək üçün onlara - ağlı kəsən və ibrət alan kimsələrə, Allah tərəfindən aydın dəlillər, müqəddəs yazılar və nur saçan kitab gətirmişdilər.