Surə 35 · Cüz 22

Fatir · 35:24

إِنَّا أَرْسَلْنَاكَ بِالْحَقِّ بَشِيرًا وَنَذِيرًا ۚ وَإِنْ مِنْ أُمَّةٍ إِلَّا خَلَا فِيهَا نَذِيرٌ

24. Həqiqətən, Biz səni haq­la müjdə verən və xə­bər­dar edən ola­raq gön­dər­dik. Elə bir ümmət yoxdur ki, ona xə­bər­dar edən bir pey­ğəm­bər gəl­miş olmasın.

Təfsir

Ey Peyğəmbər, həqiqətən, Biz səni içində şübhə olmayan haq­la möminlərə - Allahın onlar üçün hazırladığı dəyərli mükafat barədə - müjdə verən, kafirləri də, Allahın onlar üçün hazırladığı ağrılı-acılı əzabla qorxudan bir peyğəmbər gön­dər­dik. Keçmiş ümmətlər arasında elə bir ümmət olmayıb ki, ona Allah tərəfindən, onu Allahın əzabı ilə qorxudan bir pey­ğəm­bər göndərilmiş olmasın.

Oxuyucuda aç - Surəni tam oxu