Surə 34 · Cüz 22

Saba · 34:8

أَفْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا أَمْ بِهِ جِنَّةٌ ۗ بَلِ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ فِي الْعَذَابِ وَالضَّلَالِ الْبَعِيدِ

8. Əcəba, o, Allahın əleyhi­nə yalanmı quraşdırır, bəlkə on­da di­va­nəlik var?” Xeyr! Axi­rətə inanmayanlar əzaba dü­çar ola­caq, də­rin bir azğınlıq içində qa­la­caqlar.

Təfsir

Onlar dedilər: "Görəsən, bu adam Allahın əleyhinə yalan uydurub bizim öldükdən sonra diriləcəyimizi iddia edir, yoxsa o dəli olub, boş-boş danışıb sərsəmləyir?” Xeyr, bu heç də onların dediyi kimi deyil, əksinə, həqiqətə budur ki, axirətə inanmayanlar qiyamət günü şiddətli əzaba düçar olacaqlar, üstəlik, bu dünyada onlar haqdan uzaq bir azğınlıq içindədirlər.

Oxuyucuda aç - Surəni tam oxu