Surə 34 · Cüz 22
Saba · 34:7
وَقَالَ الَّذِينَ كَفَرُوا هَلْ نَدُلُّكُمْ عَلَىٰ رَجُلٍ يُنَبِّئُكُمْ إِذَا مُزِّقْتُمْ كُلَّ مُمَزَّقٍ إِنَّكُمْ لَفِي خَلْقٍ جَدِيدٍ
7. Kafirlər dedilər: “Çürüyüb parça-parça olduqdan sonra yenidən yaradılacağınızı xəbər verən bir kişini sizə göstərəkmi?
Təfsir
Allaha küfr etmiş kimsələrdən bəzisi digərlərinə Rəsulullahın (səllallahu aleyhi və səlləm) gətirdiyinə təəccüb və istehza edərək dedilər: “Çürüyüb parça-parça olduqdan, ölüb getdikdən sonra yenidən dirildiləcəyinizi xəbər verən bir kişini sizə göstərəkmi?