Surə 34 · Cüz 22
Saba · 34:20
وَلَقَدْ صَدَّقَ عَلَيْهِمْ إِبْلِيسُ ظَنَّهُ فَاتَّبَعُوهُ إِلَّا فَرِيقًا مِنَ الْمُؤْمِنِينَ
20. İblisin onlar barəsindəki ehtimalı doğru çıxdı. Bir dəstə mömindən başqa, qalanları ona tabe oldular.
Təfsir
İblisin onlar barəsindəki zənni - onları azdırıb haqq yoldan çıxara biləcəyi ehtimalı doğru çıxdı. Bir dəstə mömindən başqa, qalan insanlar küfr etməkdə və haqq yoldan azmaqda ona tabe oldular. Onlar İblisə tabe olmamaqla onun arzusunu ürəyində qoydular.