Surə 34 · Cüz 22
Saba · 34:19
فَقَالُوا رَبَّنَا بَاعِدْ بَيْنَ أَسْفَارِنَا وَظَلَمُوا أَنْفُسَهُمْ فَجَعَلْنَاهُمْ أَحَادِيثَ وَمَزَّقْنَاهُمْ كُلَّ مُمَزَّقٍ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِكُلِّ صَبَّارٍ شَكُورٍ
19. Onlar isə: “Ey Rəbbimiz! Səfərlərimizdə dayanacağımız şəhərlər arasındakı məsafəni uzaq et!”– dedilər və özlərinə zülm etdilər. Biz onları ibrət alınası əfsanələrə çevirdik, özlərini də darmadağın etdik. Həqiqətən, səbirli olan və şükür edən hər kəs bundan ibrət alar.
Təfsir
Onlar isə Allahın bəxş etdiyi nemətə - o məsafələrin yaxın olduğuna naşükürlük edib: “Ey Rəbbimiz! Səfərlərimizdə dayanacağımız şəhərləri yox etməklə aralarındakı məsafəni uzaq et ki, səfərin yorğunluğunu dadaq və miniklərimizin üstünlüyü bilinsin!”- dedilər və Allahın nemətinə küfr etməklə, Ona şükür etməkdən boyun qaçırmaqla və bir də aralarındakı kasıblara həsəd aparmaqla özlərinə zülm etdilər. Biz onları özlərindən sonra gələnlərin dilində dastan etdik və həmçinin onları yaşadıqları şəhərlərdə pərən-pərən saldıq və bundan sonra onlar öz aralarında bir-biriləri ilə görüşə bilmədilər. Həqiqətən, bu deyilənlərdə - Səba qəbiləsinə nemət verilməsində, sonra da, onların nankorluqlarına və təkəbbürlüklərinə görə onlardan intiqam alınmasında, Allaha olan itaətdə, Ona asilik etməkdən çəkinməkdə və bir də müsibət gəldikdə səbirli olan və Allahın nemətlərinə şükür edən hər kəs üçün ibrət vardır.