Surə 31 · Cüz 21

Luqman · 31:34

إِنَّ اللَّهَ عِنْدَهُ عِلْمُ السَّاعَةِ وَيُنَزِّلُ الْغَيْثَ وَيَعْلَمُ مَا فِي الْأَرْحَامِ ۖ وَمَا تَدْرِي نَفْسٌ مَاذَا تَكْسِبُ غَدًا ۖ وَمَا تَدْرِي نَفْسٌ بِأَيِّ أَرْضٍ تَمُوتُ ۚ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ

34. Həqiqətən, o Saat haq­qında elm yalnız Allahdadır. Yağışı O yağ­dırır və bətnlərdə olanı O bilir. Heç kəs sabah nə qazanacağını bi­lə bil­məz; heç kəs harada öləcə­yini də bil­məz. Allah isə, şüb­hə­siz ki, hər şeyi biləndir, hər şeydən xəbər­dardır.

Təfsir

Həqiqətən, qiyamət saatı haq­qında elm yalnız Allahdadır. O, qiyamətin nə zaman qopacağını bilir. Yağışı istədiyi vaxt yağ­dırır və bətnlərdə olanın oğlan yoxsa qız, habelə, bədbəxt yoxsa xoşbəxt olduğunu bilir. Heç kəs sabah xeyir yoxsa şər qazanacağını bi­lmir. Heç kəs harada öləcə­yini də bilmir. Əksinə, bunların hamısını bilən yalnız Allahdır. Şüb­hə­siz ki, Allah bunların hamısını bilən və hamısından xəbər­dardır. Heç bir şey Ondan gizli qalmır.

Oxuyucuda aç - Surəni tam oxu