Surə 31 · Cüz 21

Luqman · 31:33

يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمْ وَاخْشَوْا يَوْمًا لَا يَجْزِي وَالِدٌ عَنْ وَلَدِهِ وَلَا مَوْلُودٌ هُوَ جَازٍ عَنْ وَالِدِهِ شَيْئًا ۚ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ ۖ فَلَا تَغُرَّنَّكُمُ الْحَيَاةُ الدُّنْيَا وَلَا يَغُرَّنَّكُمْ بِاللَّهِ الْغَرُورُ

33. Ey insanlar! Rəbbiniz­dən qorxun. Valideynin övlada, öv­la­dın da vali­dey­nə heç bir fay­da verə bilmə­yə­cəyi gün­dən çə­kinin. Hə­qiqə­tən, Allahın və­di haqdır. Qoy bu fani dün­ya sizi çaşdırma­sın, hiylə­gər şeytan da sizi Alla­hın əza­bından arxayınlaşdırıb tov­la­ma­sın.

Təfsir

Ey insanlar! Rəbbiniz­in əmrlərini yerinə yetirib, qadağan etdiklərindən çəkinməklə Ondan qorxun. Valideynin övlada, öv­la­dın da vali­dey­nə heç bir şeylə fay­da verə bilmə­yə­cəyi günün əzabından həzər edin. Hə­qiqə­tən, Allahın Qiyamət günü əməllərin əvəzini verəcəyinə dair və­di haqdır və şübhə yoxdur ki, bu,baş verəcək. Qoy bu fani dün­ya, içindəki zövqü-səfası və əyələncəsi ilə sizi aldatmasın, hiylə­gər şeytan da sizi Alla­hın həlim olması və əza­bını sizdən sovuşdurması ilə tov­la­ma­sın.

Oxuyucuda aç - Surəni tam oxu