Surə 31 · Cüz 21

Luqman · 31:21

وَإِذَا قِيلَ لَهُمُ اتَّبِعُوا مَا أَنْزَلَ اللَّهُ قَالُوا بَلْ نَتَّبِعُ مَا وَجَدْنَا عَلَيْهِ آبَاءَنَا ۚ أَوَلَوْ كَانَ الشَّيْطَانُ يَدْعُوهُمْ إِلَىٰ عَذَابِ السَّعِيرِ

21. Onlara: “Allahın nazil et­diyinə itaət edin!”– deyil­dik­də, on­lar: “Yox! Biz əcdadımı­zın getdiyi yolu tutub ge­dəcə­yik!”– de­yər­lər. Əgər şeytan onları Cə­hənnəm odunun əza­bına doğru sü­rük­lə­yir­sə, onda necə olsun?

Təfsir

Allahın tək ilah olması barədə mübahisə edən o kəslərə: “Allahın Öz rəsuluna nazil etdiyi vəhyə tabe olun!”– deyildikdə, onlar: “Tabe olmuruq! Biz ilahlarımıza ibadət etməklə əcdadımızın getdiyi yolu tutub gedəcəyik!”– deyərlər. Əgər şeytan onları - bütlərə ibadət etmək xüsusunda azdırmaqla, Qiyamət günü Cəhənnəm odunun əzabına dəvət edirsə, yenə də əcdadlarının yolu tutub gedəcəklər?!

Oxuyucuda aç - Surəni tam oxu